Tərtərdə icra başçısı video-konfrans keçirib

 
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədirlərinin iştirakı ilə Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin effektliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı mütamadi olaraq videobağlantı vasitəsilə müşavirə keçirir.
Müşavirədə dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunub.
Rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına və karantin rejmi dövründə maddi yardıma ehtiyacı olan ailələrə dəstək göstərilməsinin nəzarətdə saxlanılmasına dair tələblər diqqətə çatdırılıb.
Bildirilib ki, rayon ərazisində xüsusi karantin rejimi dövrü bitənədək təmizlik və dezinfeksiya işləri tələblərə riayət edilməklə yüksək səviyyədə aparılmalıdır: "Açıq ərazilər təmizliyi nəzarətdə saxlanılmalı, yaşayış binalarında girəcəklər, pilləkən qəfəsələri, həyətyanı sahələr hər gün təmizlənməli və həftədə 2 dəfə dezinfeksiya edilməlidir".
Bütün ödəniş terminalları, bankomatlar isə hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməli, sərnişindaşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrinin dezinfeksiya olunması xüsusi nəzarətdə saxlanılmalıdır.
İcra başçısı kənd ərazilərində xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, əhalinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların, əsasən də 65 yaşdan yuxarı olanların yaşadığı ailələrin nəzarətə götürülməsi, daim diqqətdə saxlanılması ilə bağlı ciddi göstərişlər verib.
Daha sonra kənd təsərrüfatı işləri müzakirə olunub. Rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, cənab Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Tərtər rayonunda uğurla icra olunur.
Video-konfransda əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rayon rəhbəri tərəfindən pambıq və digər kənd təsərrüfatı bitkilərinin səpini və becərilməsi ilə bağlı lazimi tapşırıq və tövsiyələr verilib.
Sonra vətəndaşların onlayın müraciətləri dinlənilib.
       
Tarix: 18-04-2020, 21:31
Xəbəri paylaş



Xəbər lenti