Ayaz Səfərəliyev Göyçay rayon MİS-in sahibidir?

 
  Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini 1-ci qrup hərbi əlil Səmədov Məhəmmədəli Azər oğlu tərəfindən ölkə başçısına şikayət ərizəsi ilə müraciət ünvanlayıb. Bir nüsxəsi də Siam.az-a daxil olan müraciətdə deyilir.

"Cənab Prezident, bu şikayət ərizəmi yazaraq sizə bildirirəm ki, mən Səmədov Məhəmmədəli Azər oğlu ailədə 5 nəfərik. Anam evdar qadındır, atam heçbir yerdə işləmir. Mən isə 2011-ci ildən 1-ci qrup hərbi əliləm.
Qeyd etdiyim kimi ailədə heç birimiz işləmirik.Bu səbəbdən maddi durumumuz çox aşağıdır.
Mən də öz növbəmdə bir neçə gün öncə qərara gəldim ki,ailəmizin maddi sıxıntılarını aradan qaldırmaq üçün rayonumuzda yerləşən idarə və müəssisələrə atamın yaxud anamın işləməsi ilə bağlı müraciət edim. Göyçay rayon Mənzil İstismar İdarəsində boş iş yeri olduğu barədə məlumat aldım.10 mart 2020-il tarixində həmin İdarəyə getdim.İdarə rəhbəri Ayaz Səfərəliyevin qəbulunda oldum.Ona ailəmizin vəziyyərtini olduğu kimi anlatdıqdan sonra atamın yaxud anamın Mənzil İstismar İdarəsində işlə təmin olunması üçün mənə köməklik göstərməsini xahiş etdim. O, isə mənə bildirdi ki, hazırda bizim İdarədə əlavə işçiyə ehtiyac yoxdur.
Qeyd edim ki, Göyçay rayon Mənzil İstismar İdarəsinin rəisi Ayaz Səfərəliyev çoxlusayda işçinin maaş kartını özündə saxlayıb əmək haqqını alıb olara cüzi pul verir.Bunun müqavilində həmin şəxslər işə gəlmirlər.Bunu isə subut etmək üçün həmin işçilərin maaş kartlarından hər ay bankomatdan pulun kim tərəfindən alınması yoxlanılmalıdır.Çünki bilindiyi kimi bankomat bütün əməliyyatlar kamera ilə çəkilir və yaddaşda 5 il saxlanılır.
Ayaz Səfərəliyev sanki Göyçay rayon Mənzil İstismar İdarəsini öz adına özəlləşdirib.O bu İdarədə işçi heyyətini üç hissəyə bölüb.
Onlardan birinci qrupda olanlar adları həmin idarədə işləyirmiş kimi qeydiyyataalınmış ancaq heç vaxt işə gəlmirlər.Bunun qarşılığında isə onlara staj yazılır və onların maaş kartları isə Ayaz Səfərəliyevin cibindədir.
İkinci qrupda olan işçilərayda 5-6 gün işə gəlmək şərti ilə,qalan vaxtlarda gündəlik iş müddəti zamanı özəl iş yerlərində daha yüksək pul qarşılığında çalışmaqdadırlar. Onların maaşları isə Ayaz Səfərəliyev arasında dədə malı kimi bölüşdürülür.
Üçüncü qrupda olan avam və fağır işçilər isə hər gün səhər 09-00-da işə gəlirlər. Rayonumuzda nə qədər uçulub dağılmaqda olan və təmirə ehtiyacı olan yaşayış binalarının olmasına baxmayaraq, həmin avam və fağır işçilər Ayaz Səfərəliyevin göstərişi ilə vəzifəli şəxslərin şəxsi mülkiyyətlərində kölə kimi işlədilirlər.
Göyçay rayon Mənzil Istimarı Idarəsinin işçiləri hazırda rayonun Çayarxı kəndində tikilən uşaq bağçasında işləyirlər. 3 ay olar ki, bu uşaq bağçasının tikintisinə başlanılıb. Lakin başlanandan bu günə kimi cəmi 4-5 mişar daşı hasarı qaldırılıb.
Koronavirus pandemiyası ilə əlaqədar 20 aprelə qədər iş yerlərinin fasilə etməsinə baxmayaraq Ayaz Səfərəliyevin gündəlik işə gələn 5-10 işçisi hazırda tikintisi gecikdirilmiş həmin uşaq bağçasında işlədir.Onu da nəzərinizə çatdırım ki, bundan öncə həmin işçi heyyəti Göyçay rayon Müskürlü kəndində 3 il müddətində bir məktəbi güclə tikib başa çatdırmışdılar.

Siz çıxışlarınızda xalqa səslənirsiniz ki, prezident administrasiyasında artıq başqa vəziyyətdir.Bütün ərizə və şikayətlərə ciddi baxılır. Əgər hansısa dövlət məmuru insanlarların haqqını yeyirsə o varlanmaqla yanaşı dövlətə xəyanət etmiş sayılır.Bu səbəbdən mən də bir vətəndaş kimi Göyçay rayon Mənzil istismarı idarəsində olan qanunsuzluqları sizə bildirməyi özümə borc bildim.
Cənab Prezident!
Sizdən çox xahiş edirəm adını şikayət ərizəmdə göstərdiyim faktları yerində mənim iştirakımla obyektiv araşdırıb cinayət əməlləri ilə məşğul olan Göyçay rayon Mənzil İstismar İdarəsinin rəisi Ayaz Səfərəliyev barəsində ciddi tədbirlər görəsiniz".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
  
Tarix: 14-04-2020, 09:14
Xəbəri paylaş



Xəbər lenti