Moskva dəhşətli zərbələr altında: Yüzlərlə dron Rusiya paytaxtında hərbi obyektləri hədəf alıb

Ötən gecədən Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu həyata keçirir.

AXS.az  xəbər verir ki, paytaxtın bütün aeroportları işini dayandırıb. Moskva meri Sergey Sobyanin şəhərə doğru uçan 120-dən çox dronun vurulduğunu açıqlayıb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Moskva bölgəsinə dron hücumunun səhər saatlarına məlum olan nəticələrini açıqlayıb:

Mıtişi şəhər rayonunda dronların dağıntıları tikilməkdə olan binaya dəydikdən sonra iki kişi həlak olub.

Ximkidə dron şəxsi evə dəyib, bir qadın ölüb, daha bir nəfər dağıntılar altında qalıb.

Krasnoqorskda dron çoxmənzilli binaya dəyib, bir neçə mənzilə ziyan dəyib, lakin xəsarət alan olmayıb.

İstra rayonunda dronlar bir çox mənzil binasına və altı fərdi evə zərbələr endirib, dörd nəfər yaralanıb.

Moskva bölgəsindəki bir neçə bələdiyyədəki infrastruktur obyektlərinə də dron hücumu edilib.

Rusiya rəsmi mənbələri zərbələrin hədəflərini açıqlamasalar da, əsas hədəflərdən birinin Moskva neft emalı zavodu olduğu Telegram kanallarda qeyd edilib. Bundan əlavə, Moskva ətrafında yerləşən və Rusiya hərbi sənaye kompleksinə daxil olan bir neçə iri sənaye müəssisələri də hədəflər arasındadır.

Hazırda hücum davam edir. 

Musavat.com

Tarix: Dünən, 10:05
Xəbəri paylaş



Xəbər lenti