"Azercell" yeni təqvim icad edib? - "13-cü ay düzəldirlər..."

"Azercell" şirkətindən narazılıq durmadan artır.

SAVASHMEDİA.az xəbər verir ki, sosial şəbəkələrdə "Azercell"in soyğunçuluğuna qarşı əsl kampaniya başlayıb.  Həmin etirazlardan bir nümunəni olduğu kimi təqdim edirik: 

"Azercell  yoldaş!  Ayların 30 - 31 günlük sistemi Roma dövründən qalıb, min illərdir istifadə olunur. Maaşlar (adətən) aylıq verilir, mükafatlar aylıq olur,  kommunal xərclər aylıq ödənilir  s. Aylıq müddət isə yenə deyirəm, 30-31 gündür. Amma siz birdən ayılıb o günləri 28 etmisiniz və tarifləriniz 30 gündən bir yox, 28 gündən bir yenilənməyə başlayıb. Olmaya, qalan 2 günlərdən 13-cü ay düzəltmək istəyirsiniz?  Siz əsrlərin sınağından çıxmış Qriqori təqviminə də barmaq eləyirsinizsə, gör indi bizim cibimizə nələr edirsiniz e? Dayanmayın, sutkanı da 22 saat edin, dəqiqədən də kəsin - 1 dəqiqəni 30 saniyə edin, saniyəni ümumiyyətlə saya salmayın, necə ki saymırsınız. Nəyi var göstərin potensialınızı...  İndi hər şey qalacaq qıraqda, hamısı gəlib Roma tarixindən dərs deyəcək..." Naibə Quliyeva 

Tarix: Bu gün, 12:41
Xəbəri paylaş



Xəbər lenti