“Giltex” MMC-nin 2024-cü üzrə əsas əməliyyat gəlirləri 61 milyon 893 min manat olub.
Məlumata görə, xərclərin 26 milyon 924 min manatı istifadə edilmiş material ehtiyatları üzrə, 12 milyon 198 min manatı işçi heyəti üzrə, 7 milyon 835 min manatı amortizasiya üzrə, 15 milyon 706 min manatı sair əməliyyat xərcləri olub.
Nəticədə şirkət 2024-cü ildə 769 min 858 min manat xalis zərər edib.
2024-cü ilin sonunda “Giltex” MMC-nin aktivləri 89 milyon 635 min manat olub. Bu, 2023-cü illə müqayisədə 3 milyon 115 min manat (3,6%) çoxdur.
Şirkətin öhdəlikləri də bir ildə 3 milyon 115 min manat (18,2%) artaraq 20 milyon 237 min manata yüksəlib.
2024-cü ilin sonunda MMC-nin nizamnamə kapitalı dəyişilməyərək 69 milyon 398 min manata bərabər olub.
Qeyd edək ki, “Giltex” Tekstil Fabriki 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Şirkət Cənubi Qafqazda vertikal inteqrasiya sistemi ilə qurulmuş, tekstil istehsalı prosesinin bütün texnoloji mərhələlərini əhatə edən yeganə müəssisədir. Əsas xammal olaraq yüksək keyfiyyətli Azərbaycan pambığından istifadə edən fabrikimizdə müxtəlif növ tekstil məhsulları istehsal edir.
Şirkətin 15 hektar ərazidə yerləşəm 70 min kvadrat metr sahəsi, mindən çox işçisi var. Fabrikin illik istehsal gücü 18 milyon metr parça, 1800 ton trikotaj, 1 milyon yataq dəsti, 250 min uniforma istehsalı qədərdir.