ABŞ ordusu İranla əlaqəli 13 gəminin ələ keçirildiyini açıqlayıb

ABŞ ordusu İranla əlaqəli 13 gəminin ələ keçirildiyini açıqlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarından çıxan 13 gəmini ələ keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqonda keçirilən brifinqdə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib.

General qeyd edib ki, “məcburedici tədbirlər” həm İranın ərazi sularında, həm də beynəlxalq sularda davam edir.

O həmçinin xatırladıb ki, aprelin 13-dən tətbiq olunan blokada İran limanlarına gedən və ya oradan çıxan bütün gəmilərə, onların hansı ölkəyə məxsus olmasından asılı olmayaraq şamil edilir. 

Tarix: Dünən, 08:23
Xəbəri paylaş



Xəbər lenti