
Rusiyada daha bir general ölüb.
Rusiya mediasının məlumatına görə, Rusiya müdafiə nazirinin keçmiş müavini general-polkovnik Yuri Sadovenko 56 yaşında Moskvada ürək xəstəliyindən vəfat edib.
Sadovenko Ukraynanın Jitomir şəhərində anadan olub. 1994-cü ildən bəri Rusiya Təhlükəsizlik Şurasının hazırkı rəhbəri Sergey Şoyqunun komandasında əvvəlcə Fövqəladə Hallar Nazirliyində, sonra Moskva Vilayət Qubernatoru Administrasiyasında və nəhayət Müdafiə Nazirliyində çalışıb. 2013-cü ildən 2024-cü ilə qədər Sadovenko Şoyqunun müavini və Müdafiə nazirinin aparat rəhbəri olub.
General-polkovnik eləcə də Ukrayna ilə müharibədə iştirak edən rus komandirlərindən biri idi.
“AzPolitika”