Dəməşqdə İŞİD lideri ələ keçirildi

Suriya daxili təhlükəsizlik qüvvələri Dəməşqdə xüsusi əməliyyatla İŞİD terror təşkilatının liderini həbs edib.

Musavat.com xəbər verir ki, məlumatı Suriya Daxili İşlər Nazirliyinin əyalət şöbəsinin rəhbəri general Əhməd əl-Dallati X-də açıqlama ilə çıxış edib: "Xüsusi təyinatlı qüvvələrimiz hərbi kəşfiyyat və beynəlxalq koalisiya qüvvələri ilə əməkdaşlıq edərək paytaxtın ətrafındakı Muadamiyyədə İŞİD-in qalasını məhv etmək üçün əməliyyat keçiriblər. Nəticədə Dəməşqdəki terrorçu dəstəsinin lideri Taha əl-Zuabi və onun bir neçə silahdaşı həbs edilib. Onlardan partlayıcı kəmərlər və silahlar müsadirə edilib."

Əl-Dallatinin sözlərinə görə, basqın yerli sakinlərdən terrorçu dəstəsinin mövcudluğu barədə məlumat alındıqdan sonra həyata keçirilib və onlar təhlükəsizlik qüvvələrinə cinayətkarların tutulmasında kömək ediblər. General vurğulayıb ki, "bu, İŞİD təşkilatına ciddi zərbədir və təhlükəsizlik qüvvələrimizin Dəməşq və onun ətrafındakı sabitliyə qarşı hər hansı bir təhdidə qarşı durmağa hazır olduğunu nümayiş etdirir".

Tarix: 25-12-2025, 09:22
Xəbəri paylaş



Xəbər lenti