Ermənistan tərəfdəki keçid məntəqəsində Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri yerləşdiriləcək
Ermənistan və Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi martın 1-də açılacaq. AYNA xəbər verir ki, bu barədə erməni “News.am” saytı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ermənistan tərəfdəki keçid məntəqəsində Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri yerləşdiriləcək.
Sərhəd keçid məntəqəsinin işə salınması ehtimalı ilk dəfə 2024-cü ilin iyulunda iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında keçid məntəqəsində baş tutan görüşdən sonra elan edilmişdi.