Ukrayna ordusu dünən səhərdən etibarən cəbhə xəttinin bir hissəsində aktiv hücumlara başlayıb. Tribunainfo.az bildirir ki, bu barədə hərbi ekspert Oleksandr Musienko məlumat verib.
O bildirib ki, cəbhənin bir hissəsində aktiv müdafiə işləri aparan Ukrayna ordusu, Donetsk istiqamətində əks hücumlara start verib. “Donetsk istiqamətində rusların işğal etdikləri bir neçə vacib əhəmiyyətli mövqelər geri qaytarılıb”.
O qeyd edib ki, Ukrayna qüvvələri bəzi yerlərdə taktiki vəziyyəti yaxşılaşdırır. “Bunu aktiv müdafiə adlandırmaq olar. Bizim qüvvələrimiz kifayət qədər uğurla mübarizə aparır və müəyyən mövqeləri bərpa edir. Pokrovski və Kuraxiv istiqamətləri, həmçinin Toretsk və Çasiv Yarda parlaq müdafiə əməliyyatı reallaşdırılır. Yəni, bu gün mövcud olan bütün tapşırıqları oradakı döyüşçülər mükəmməl şəkildə yerinə yetirirlər”.