Trampdan yeni müharibə XƏBƏRDARLIĞI: "Bu, bir məhvetmə olacaq"

Trampdan yeni müharibə XƏBƏRDARLIĞI:
"Dünya heç vaxt Üçüncü Dünya müharibəsinin başlamasına bu qədər yaxın olmamışdı".

"RIA Novosti"yə istinadla xəbər verilir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib.

"Düşünmürəm ki, biz indiki kimi Üçüncü Dünya Müharibəsi təhlükəsi ilə üzləşməmişik", - eks-prezident deyib.

Tramp, bütün bu insanları tanıdığı üçün münaqişənin qarşısını ala biləcəyinə əmindir.

Onun sözlərinə görə, prezident Co Baydenin dövründə ABŞ zəif və təsirsiz bir dövlətə çevrilib. O, əlavə edib ki, amerikalıların fikirləri nəzərə alınmır.

Tramp üçüncü dünya müharibəsinin necə ola biləcəyindən danışıb:

"Bu, Birinci və İkinci Dünya Müharibələri ilə heç də eyni deyil. Onlar dəhşətli idi, amma bu daha böyük olacaq. Bu, bir məhvetmə olacaq"

Bundan əvvəl Tramp Baydenin yalnız seçkilərin nəticələrini saxtalaşdırmağa müvəffəq olduğunu bildirmişdi.
Hüseyn İbadlı
publika
Tarix: 14-01-2024, 12:34
Xəbəri paylaş



Xəbər lenti