“Mən sionistəm”


ABŞ Prezidenti Co Bayden sionist olduğunu etiraf edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o Ağ Evdə yəhudilərin Hanukka bayramını qeyd edərkən bildirib.
“Mən 35 il əvvəl sionist olmaq üçün yəhudi olmaq lazım deyil deyəndə əyalətimin cənub hissəsindən və ölkənin cənubundan ciddi tənqidlərə məruz qaldım, mən sionistəm”, –prezident deyib.
Bayden qeyd edib ki, ABŞ-ın özündə indi antisemitizm artımı müşahidə olunur:
“Biz bunu məktəblərdə, kolleclərdə, həmçinin sosial şəbəkələrdə görürük”.
Qeyd edək ki, sionizm yəhudi milli hərəkatıdır. Məqsədi İsraildə yəhudi xalqının birləşməsi və dirçəlişi, həmçinin hərəkata uyğun gələn ideoloji konsepsiyadır.
Tarix: 12-12-2023, 22:49
Xəbəri paylaş



Xəbər lenti