İran Rusiyadan "S-400" almağa ehtiyac olmadığını bildirir

İran Rusiyadan "S-400" almağa ehtiyac olmadığını bildirir

"İranın lazımi müdafiə silahları ehtiyatı var və hazırda Rusiyadan "S-400" zenit-raket komplekslərini almağa ehtiyac yoxdur".


Bizimyol.info xəbər verir ki, bunu bazar ertəsi İslam Respublikası Silahlı Qüvvələrinin müdafiə və maddi-texniki təchizat naziri Məhəmməd Rza Aştiyani deyib.

"Rusiya münasibətlərimizi yüksək səviyyədə saxladığımız ölkələrdən biridir. Buna baxmayaraq, biz müdafiə silahları ilə özümüzü təmin etməyə nail olmuşuq. Əgər onları almaq lazımdırsa, bunu edəcəyik, amma hazırda nə "S-400"ə, nə də digər silahlara ehtiyacımız yoxdur”, - nazir "S-400"lərin alınmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib. Nazirin bu açıqlamasını "Tasnim" agentliyi yayıb.

Cümə axşamı "Bloomberg" İsrail və ABŞ-dakı mənbələrə istinadən iddia etdi ki, İran Rusiyadan "S-400"ləri almağa çalışır. Eyni zamanda, İsrail bunu Tehranın nüvə proqramının obyektlərinə potensial zərbələr üçün maneə kimi qiymətləndirir.

2019-cu ilin may ayında "Bloomberg" iddia edib ki, Rusiya İranın "S-400" təklifini rədd edib və bu sistemlərin Tehrana çatdırılmasının Yaxın Şərqdə gərginliyi artıracağından ehtiyatlanıb. Daha sonra hərbi-diplomatik mənbə Rusiya mətbuatına bildirib ki, Moskva Tehrandan müvafiq ərizələr almayıb.

Tarix: 6-03-2023, 14:52
Xəbəri paylaş



Xəbər lenti