Rusiyalı politoloq Andrey Piontkovski hesab edir ki, Rusiyada HHM sistemi arasında defisit var.
«Rusiyada panika hətta tok-şou təbliğatında da öz əksini tapır. Həmin sirli rusiyalı ekspert, hansı ki, daim sitat gətirir, polkovnik Xodarenok sadəcə izah edib ki, situasiya pisdir. Əgər siz fikirləşirsinizsə ki, Moskva və Rostov arasında hava hücumundan müdafiə xətti var, bu, sadəcə, yoxdur. Hava hücumundan müdafiənin bütün effektiv vasitələri Ukraynaya, cəbhəyə göndərilib. Bu, tam boşluqdur, situasiya 1987-ci ildəkindən də pisdir» - Piontkovski «Esprecco»-ya deyib.
Ekspert qeyd edib ki, Ukrayna hətta ATACMS olmadan da RF ərazilərinə güclü zərbələr endirir.
«Ona görə də RF ərazilərində hərbi aerodromlar üzrə Ukrayna yalnız öz düşməninə siqnal göndərməyib, həm də öz müttəfiqinə - Amerika Birləşmiş Ştatlarına göndərib. Nə üçün siz, ATACMS-la vaxt uzadırsınız - əgər biz, gerçəkdən RF ərazisini vurmağı nümayiş etdiririksə? Nəhayət ki, bizim də istənilən nöqtəni vura bilən vasitələrimiz var, ən azı Rusiya Federasiyasının Avropa hissəsini» - publisist əlavə edib.