ABŞ Ukraynaya qoşun göndərməyəcək

“Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləsinin ağır nəticələri olacaq, lakin Ukraynaya qoşun yeritmək variantı hazırda masada deyil”.
 
Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
 
Putinin onu çox yaxşı başa düşdüyünü bildirən Bayden bildirib ki, ABŞ NATO ölkələrində hərbi varlığını artıra bilər.
 
“Mən də Putinə Ukraynaya əlavə müdafiə yardımı edə biləcəyimizi söylədim”, - deyə o qeyd edib.
 
Ukraynanın NATO üzvü olmadığını, buna görə də 5-ci maddəyə əsasən hücum olacağı təqdirdə Ukraynaya qoşun göndərmək öhdəliyi olmadığını ifadə edən Bayden vurğulayıb ki, digər NATO müttəfiqləri Ukraynaya hərbi dəstək verilməsinə qərar verərsə, bu, baş verəcək.
Tarix: 8-12-2021, 22:15
Xəbəri paylaş



Xəbər lenti