Putin və Bayden arasında görüş başa çatdı - YENİLƏNDİ


Putin və Bayden arasında baş tutan 2 saatlıq danışıqlar başa çatıb.
 
Görüş qapalı videobağlantı vasitəsilə baş tutub.
 
***
19:50
 
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.
 
Danışıqlar videokonfrans formatında keçirilir.
 
Danışıqlarda əsasən ikitərəfli münasibətlər, Ukrayna münaqişəsi, NATO-nun şərqə, Rusiya sərhədlərinə doğru irəliləməsi məsələləri müzakirə olunur.
 
Danışıqlarda V. Putin və C. Bayden təkbətək iştirak edirlər.
 
Rusiya və ABŞ liderləri bir-birlərini salamlayıb. ABŞ Prezidenti rusiyalı həmkarını görməyə şad olduğunu, “Böyük İyirmilik” ölkələri liderlərinin sammitində görüşlərinin baş tutmamasına görə təəssüfləndiyini vurğulayıb.
Tarix: 7-12-2021, 23:33
Xəbəri paylaş



Xəbər lenti