ABŞ-ın hərbi bazasında çoxsaylı partlayış səsləri eşidilib


Suriya dövlət televiziyası İraq sərhəddi yaxınlığında yerləşən Humus vilayətindəki ABŞ-a məxsus “At-Tanf” hərbi bazasında çoxsaylı partlayış səslərinin eşidildiyini xəbər verib. 

“Şherg.az” xarici medaya istinadən bildirir ki, partlayışlarla bağlı Amerika ordusundan hələ də bir açıqlama verilməyib. M2 Bağdad-Şam magistral yolu üzərində yerləşən hərbi baza 2016-cı ildən etibarən Amerika hərbçilərinin nəzarəti altındadır. Hərbi bazadan Bəşər Əsəd hakimiyətinə müxalif mövqedə olanlara təlim keçirilməsi üçün istifadə edilib. 
Tarix: 5-12-2021, 23:17
Xəbəri paylaş



Xəbər lenti