Varşava və Berlin arasında münasibətlər qızışır: - Kaçinski dördüncü reyx haqda danışdı...

Aİ ilə hüquqi münaqişə fonunda Polşa Almaniya ilə münasibətdə də tonunu sərtləşdirir. Ölkədə hakim “Hüquq və Ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinski bildirib ki, Berlin “dördüncü reyx qurmaq istəyir”. Bundan əlavə, Berlinə İkinci dünya müharibəsi üçün təzminat ödəməyə çağırışlar Varşavada daha yüksək səslə eşidilir. Almaniya səfirini gözdən salmaq məqsədi daşıyan anti-alman reklam kampaniyası da diqqəti özünə çəkir.
Moderator.az bildirir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri yazır.
Qəzet yazır ki, Polşa qanunun aliliyi ilə bağlı Aİ institutları ilə ziddiyyət təşkil edərkən Varşava Berlinlə münasibətdə tonunu sərtləşdirir. Ölkənin hakim “Hüquq və Ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinski Henrik Senkeviçin məşhur romanından sitat gətirib: “Avropa çətin sınaqlarla üzləşib. Almaniya öz kartlarını ortaya qoyub və dördüncü reyxi qurmaq istəyir. Biz buna imkan verməyəcəyik”. Media “Hüquq və Ədalət” partiyası fraksiyasının iclasında onun sözlərinin sürəkli alqışlarla qarşılandığını yazıb. Lakin sonradan bu siyasi birliyin nümayəndələri bildiriblər ki, o, bunları mühüm səsvermə ərəfəsində partiyadaşlarını “səfərbər etmək” üçün deyib və onun “Almaniyanın hegemon istəklərini əks etdirən” açıqlamaları “məcazi mənada” və ya “zarafat” kimi başa düşülməlidir.
Alman nəşri onu da qeyd edir ki, Kaçinskinin sözləri onun əvvəlki açıqlamaları ilə ziddiyyət təşkil edir. O, əvvəllər, xüsusən də Angela Merkelin Almaniya Federativ Respublikasının kansleri postuna Polşa nöqteyi-nəzərindən ən yaxşı seçim olduğunu demişdi. O, həmçinin Polşa siyasətçilərindən həyat səviyyəsinə görə Almaniyanı “ötüb keçmək” məqsədini qarşılarına qoymağı tələb etmişdi.
Lakin baş nazir Mateuş Moravetskinin çıxışları da onu göstərir ki, Varşavanın böyük qərb qonşusu və mühüm ticarət tərəfdaşı ilə münasibətdə tonu getdikcə sərtləşir. Almaniya və İsveçrədə dəfələrlə işləmiş keçmiş bankir partiya yoldaşlarının xoruna qoşularaq AFR-dən İkinci dünya müharibəsinə görə təzminat ödəməyi tələb edib. Keçən həftə o, Yan Karski adına Müharibə İtkiləri İnstitutunu yaratmaq qərarını verib. Bundan əlavə, Polşanın İkinci dünya müharibəsindəki itkilərinin hesablanması ilə məşğul olacaq parlament işçi qrupu yaradılıb.
Almaniyanın Varşavadakı səfirini gözdən salmaq məqsədi daşıyan anti-alman reklam kampaniyası da diqqəti çəkir. “Niyə siz almanlar hələ də müharibə cinayətlərinin qurbanlarını yaxşı və pisə bölməkdə davam edirsiniz?” - deyə plakatlarda yazılıb. Onlarda deyilir ki, üçüncü reyxdəki keçmiş ostarbayterlərə simvolik ödənişlər istisna olmaqla, Almaniya heç bir təzminat və ya kompensasiya verməyib. Düzdü, bu il Berlin 100 il əvvəl müstəmləkəçi Almaniyanın soyqırımından əziyyət çəkən Namibiyadakı iki etnik qrupa pul təzminatı verib. “Bu təmiz irqçi yanaşma deyilmi?” - deyə plakatlarda bildirilir. Onların arasında habelə Polşa Mədəniyyət Nazirliyinin və sağ yönümlü medianın loqoları iıə Almaniyanın Varşavadakı səfiri Arndt Fraytaq fon Lorinqhofenin üzünü əks etdirən plakatları da görmək mümkündü.
Tarix: 4-12-2021, 16:31
-
Dünən, 16:53
Şirvanda qəzalı binadan köçürülən sakinlərin kirayə pulu ödənilmir - ŞİKAYƏT/VİDEO
-
Dünən, 16:46
Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır?-VİDEO
-
Dünən, 16:43
“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” – Tolikdən sərt açıqlama
-
Dünən, 16:35
İndi də müştəriyə belə problem yaradırlar - NARAZILIQ
-
Dünən, 16:32
Polis bu rayonda ƏMƏLİYYAT KEÇİRDİ
-
Dünən, 11:41
Ukrayna Krıma aparan körpülərə zərbə endirir
-
Dünən, 11:30
Neft bumu artıq geridə qalıb: İslahat yuxarılardan başlamalıdır, aşağılardan yox... - ÇIXIŞ YOLU...
-
13-06-2026, 22:39
Mourinyo “Real Madrid”lə müqavilə imzaladı – Rəsmi
-
13-06-2026, 22:36
Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi
-
13-06-2026, 22:28
Ukrayna Rusiyanın Krıma aparan son quru yolunu "ölüm yoluna" çevirib - "The Telegraph"
-
13-06-2026, 22:25
Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... - FAKT BUDUR!
-
13-06-2026, 18:05
Ağstafa İcra Hakimiyyətinin maraqlı tenderi: 95 ton yerinə, 134 ton sement alınacaq - ARAŞDIRMA
-
13-06-2026, 17:45
Tərtər rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib
-
13-06-2026, 12:56
"Ana-bala" parkını SATDILAR: sakinlər narazıdır... - FOTOLAR
-
13-06-2026, 09:55
Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI?
-
13-06-2026, 09:54
Bakıda tikinti şirkəti ilə sakinlər arasında narazılıq (VİDEO)
-
13-06-2026, 09:51
"Embawood"un vergi borcu 1.6 milyonu ötdü
-
13-06-2026, 08:55
Gəncədə “Su-Kanal” idarəsi NARAZILIQ YARADIR - Başçı isə...
-
12-06-2026, 22:45
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında yoxlama
-
12-06-2026, 22:35
Rayon rəhbəri sahibkar Zəfər Nəsirovun müasir istixana kompleksi ilə tanış olub
-
12-06-2026, 22:34
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: - "Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz"
-
12-06-2026, 22:26
“İnşaat Konstruksiyaları” MMC vətəndaşı belə ALDATDI: “Bizə heç kim bata bilməz”
-
12-06-2026, 22:21
Tərtərdə Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
-
12-06-2026, 21:57
Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq
-
12-06-2026, 21:56
Məhkəmə hakimindən Fuad Ələsgərova ŞİKAYƏT - ÖZBAŞINA QALIBLAR...
-
12-06-2026, 21:54
Dörd liderin başa düşdüyü tək məqam: - Moskva indi bu şərtlərlə razılaşmayacaq, amma...
-
12-06-2026, 21:51
Xəstəxanalarda 31 nəfər məsuliyyətə cəlb edilib
-
12-06-2026, 10:52
Bakının Avtobus İşgəncəsi: Kağız Üzərində İşləyən AYNA!
-
12-06-2026, 09:57
“Kəpəz Hospital”ın ambulansı xəstə yox, sənəd daşıyırmış...
-
12-06-2026, 09:31
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO