Narışkin: "Yalan ayaq açıb yeriyir"


Narışkin: "Yalan ayaq açıb yeriyir"

"Rusiya Ukraynanı işğal etmək niyyətində deyil və bu barədə məlumat ABŞ Dövlət Departamentinin təbliğat işidir".
Cebhe.info xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bu gün “Rossiya 1” telekanalının “Vesti” proqramında deyib.
“Hamını əmin etməliyəm ki, belə bir şey olmayacaq. Dövlət Departamenti bu saxtakarlıqları, bu yalanı yaymaq üçün müttəfiqlərini, media rəhbərlərini, Amerika Birləşmiş Ştatlarının siyasi elm mərkəzlərinin rəhbərlərini bu işə cəlb edir, buna görə də "yalan ayaq açıb yeriyir", çoxalır", - deyə Narışkin izah edib.
O bildirib ki, bu cür hərəkətlərin məqsədi Kiyevi Donbas ərazisində münaqişənin yenidən qızışdırılmasına sövq etməkdir.
Narışkinin fikrincə, Ukrayna amerikalılar üçün “istehlak” rolunu oynayır.
Tarix: 27-11-2021, 17:00
Xəbəri paylaş



Xəbər lenti