“Caliber” Ermənistanda məxməri nasizmin çiçəklənməsinin tarixçəsi barədə - VİDEO
Hələ sovetlər dönəmində ermənilər üzümüzə gülərək, bizimlə əbədi dostluğa and içərək öz aralarında azərbaycanlıları həqarətlə “türk” adlandırırdılar.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə məlumat verilir.
“Təsadüfi deyil ki, ermənilər birinci dəfə rastlaşdıqları insana ilk olaraq “Hayes, turkes?” – “Ermənisən, yoxsa türk?” sualını ünvanlayırdılar. Onların sonrakı davranışları isə məhz bu suala cavabdan asılı olaraq dəyişirdi”, - deyə videomaterialda bildirlir.