Kremldən “ağıllı erməni dövləti” istəyirlər: Ermənistan isə boşalır və “əriyib”, yox olmaq üzrədir



Ermənistanın siyasi elitası hələ də uydurma keçmişə bağlı və mövcud situasiya ilə qətiyyən uyuşmayan fərqli planların arxasından boylanmağa çalışır; Heç bir dəstəkləyici resursların olmadığı halda, “ağıllı dövlətə” çevirə biləcəklərini “xəyal” etdikləri Ermənistan ermənilərsiz qalıb, tamamilə boşalmaq təhlükəsi ilə üzləşib...

Ermənistan cəmiyyəti axtarışdadır. Erməni toplumu indi Ermənistanın gələcəyini tapmağa çalışır. Ancaq keçmişi olmayan bir ölkənin gələcəyini harada axtaracaqlar? Yəqin ki, bu suala da mütləq cavab tapmalı olacaqlar.
Hələlik ən “cəlbedici variantı” məhz Ermənistan prezidenti Armen Sarkisyan təklif edib. O, Rusiya mətbuatına müsahibə verərkən, “Biz gərək kiçik, ancaq ağıllı bir dövlət quraq” deyib. Ermənistan prezidentinin fikrincə, gələcəkdə qurulacaq “ağıllı erməni dövləti”nin artıq indidən Rusiya kimi böyük və güclü dövləti var: “Ermənistan Rusiyanın kiçik, lakin güclü tərəfdaşı olmalıdır”.
Ermənistan prezidentinin bu açıqlamalarının özü də ciddi suallar doğurur. Çünki sadəcə, haqqında danışmaqla, “ağıllı dövlət” qurulmaz. Xüsusilə də, erməni toplumu və “ağıllı dövlət” anlayışı necə sintez oluna bilər? Bunların ağılları qurmağa, yaratmağa deyil, məhz dağıtmağa, ələ zorla keçirtməyə, oğurlamağa, məhv etməyə indeksləşib.
f8690613c483682b1e91d4b3feb5252b.jpg (203 KB)
Əks halda, son 30 ildə işğal altında saxladıqları Azərbaycan ərazilərində heç olmasa, bircə ağac əkərdilər. Halbuki bu dövrdə yalnız Azərbaycanlıların tikib, qurduqları evləri söküb, daşını, materialını kimə gəldi, satıblar. Və indi nə qədər qəribə də olsa, “ağıllı dövlət” arzulayırlar.
Erməni toplumunun nəinki “ağıllı dövlət”, hətta hansı normal cəmiyyət yaratmağa belə, düşüncəsi çatmaz. İndi sahib olduqları uydurma Ermənistan dövlətini də ermənilərə elə məhz ruslar qurub, hədiyyə ediblər. Hətta bu qondarma dövlətin sərhədlərini hələ də ruslar qoruyur. Erməni toplumunun öz dövlətinin təhlükəsizliyini təmin etməyə belə, ağlı çatmır.
Erməni toplumunda “ağıllı dövlət” quracaq ağıl olsaydı, qonşularla düşmənçilik etməzdi. Bütün qonşularını müxtəlif əsassız iddialarla öz düşməninə çevirməyi bacaran bir toplumun nəinki “ağıllı dövləti”, ümumiyyətlə, ölkəsi belə, olmaz. Və hazırda Ermənistanın regionun xəritəsindən silinmək təhlükəsi qarşısında qalması da bunu təsdiqləyir.
İndi Ermənistan prezidentinin Rusiya mətbuatına “ağıllı erməni dövləti”ndən danışıb, Kremllə “dostluğa” eyham vurması da maraqlı məqamdır. Belə anlaşılır ki, A.Sarkisyan Kremldən böyük və güclü Rusiyanın ermənilər üçün “ağıllı dövlət” qurmasını xahiş edir. Halbuki erməni prezidentin Rusiyaya yaltaqlanmasının Kremldə müsbət emosiyalar oyadacağı da ciddi şübhələr doğurur.
912229e999a3c288a386dc95f0805.jpeg (24 KB)
Ən azından ona görə ki, beynəlxalq tədbirlərdə baş nazir Nikol Paşinyanla səhv salınan, heç kimin doğru-düzgün tanımadığı Ermənistanın kiçik prezidenti A.Sarkisyan eyni sözləri Fransa, İtaliya, Vatikan və s. kimi ölkələrdə turist səfərində olarkən də deyib.
Yəni, A.Sarkisyan kiçik, amma “ağıllı ermə dövləti”nin “böyük və güclü dostu” ünvanını da həmin ölkələrə aid edib. İndi Rusiya telekanalına müsahibədə oxşar fikirlərin Kremlə istiqamətləndirilməsi o qədər də ağıllı manevr sayıla bilməz. Hər halda, Kremldəkilər növbəti “erməni hoqqabazlığı”na inanacaq qədər sadəlövh deyillər.
Digər tərəfdən, erməni toplumunun “ağıllı dövlət” qurması üçün əvvəlcə rəsmi Bakıdan öyrənməsi, Azərbaycanın apardığı “ağıllı kənd” və “ağıllı şəhər” layihələrini örnək alması lazımdır. Ancaq bundan əvvəl ilk növbədə Azərbaycanla münasibətlərini normallaşdıra biləcək addımlar atmağa çalışmalıdır.
 Çünki Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistan blokadadan çıxa bilməyəcək, iqtisadiyyatı çökməkdə davam edəcək. Belə ağır maliyyə-iqtisadi böhran şəraitində erməni toplumu nəinki “ağıllı dövlət” qura bilməz, hətta hələlik mövcud olan “ağılsız dövləti” də birdəfəlik itirə bilər.
Erməni politoloq Tevos Arşakyan “Bu gün ermənilərin heç nəyi yoxdur – nə döyüş qabiliyyətli ordusu, nə “arsax”ı, nə də yaşamaq mümkün olmayan Ermənistanı... Hər şeyə görə biz özümüz günahkarıq. Ona görə də, bu gün başımıza, dizimizə vurmaqdan başqa heç nə edə bimərik” deməsi də bu reallığı təsdiqləyir.
bc769abc-9b1f-38b5-be2f-a82adc5544d9.jpg (341 KB)
O, vurğulayıb ki, "Bu gün bütün erməni xalqı Azərbaycana və onun Qarabağda etdiklərinə həsədlə baxır. Bəli, azərbaycanlılar qollarını çirmələyərək, yalnız paxıllıq edə biləcəyimiz güclü enerji ilə Qarabağı dirçəltməyə can atırlar. Bir il əvvəl heç bir erməni bunu təsəvvür belə, edə bilməzdi”.
Erməni politoloq Ermənistan prezidentlərini və separatçıların rəhbərlərini son 30 ildə talançılıqdan başqa heç bir iş görməməkdə suçlayıb. O, xatırladıb ki, hələ II Qarabağ savaşından öncə belə, ermənilər “artsax”dan qaçırdılar: “Çünki onlar aç idilər. Biz ermənilər hələ müharibədən əvvəl “artsax”ı itirmişdik. Çünki bizə Qarabağ lazım deyildi. İndi biz paxıllıqla azərbaycanlıların Qarabağda etdiklərinə baxırıq”.
Göründüyü kimi, “ağıllı erməni dövləti” yaratmaq həvəsinə düşənlərin ağlının və qurmaq qabiliyyətinin nə qədər olduğunun əlavə izaha ehtiyacı belə, yoxdur. Erməni toplumu yalnız dağıtmaq və məhv etmək ehtirası üzərində formalaşıb. Və bu, ermənilərin dövlət anlayışının başqalarından oğurladıqları hesabına yaşamaqdan uzağa gedə bilmədiyini təsdiqləyir.
Buna əmin olmaq üçün elə Ermənistanda yaranmış sosial vəziyyətə diqqət etmək də kifayətdir. Paşinyan hakimiyyətinin dağılmaqda olan Ermənistan iqtisadiyyatının problemləri qarşısında aciz qalması əhalini aclığa və səfalətə sürükləyir. Və hazırda Ermənistanda yaşamağın mümkün olmadığını özləri də etiraf etməyə başlayıblar.
ermenistan göç.jpg (62 KB)
Təbii ki, mövcud situasiya Ermənistan əhalisini ölkədən qaçmağa vadar edir. Ermənistan əhalisi böyük sürətlə “əriməyə” başlayıb. Belə davam edərsə, “ağıllı dövlət” xülyasına qapıldıqları müddətdə Ermənistan tamamilə boşalmış olacaq. Və hazırda bu prosesin tam gücü ilə irəlilədiyi müşahidə edilir.
Ermənistanın ən nüfüzlü daşınmaz əmlak agenliyi sayılan “Aksern”in baş direktoru Akop Baqdasaryan deyib ki, Zəngəzurda yaşayan ermənilər təcili olaraq, evlərini və torpaq sahələrini dəyər-dəyməzinə satmağa başlayıblar. Onun sözlərinə görə, Zəngəzur daşınmaz əmlak bazarında canlanma son bir neçə aydır ki, davam edir: “Əmlakını dəyər-dəyməzinə, təcili şəkildə satmaq istəyən çoxdur. Ancaq alıcılar demək olar ki, yoxdur. Hamı özü və ailəsi üçün təhlükəsiz yer axtarır. Belə getsə, yaxın vaxtlarda Zənguzurda heç bir erməni ailəsi qalmayacaq”.
Rusiyadan “ağıllı erməni dövləti” uman Ermənistan prezidenti A.Sarkisyanın yəqin ki, bütün bunlardan xəbəri belə, yoxdur. Hər halda, Ermənistanın siyasi elitasının uydurma keçmişə bağlı və mövcud situasiya ilə qətiyyən uyuşmayan fərqli planların arxasından boylandıqları inkaredilməz reallıqdır.
Halbuki heç bir ssenarinin və ya planın Ermənistanı xilas edə bilməyəcəyini isə artıq çoxdan anlamalıydılar. Ola bilsin ki, heç bir dəstəkləyici resursların olmadığı halda, “ağıllı dövlətə” çevirə biləcəklərini “xəyal” etdikləri Ermənistan ermənilərsiz qalıb, tamamilə boşaldıqda keç də olsa, hər şeyi anlayacaqlar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Tarix: 6-11-2021, 00:13
Xəbəri paylaş



Xəbər lenti