Moldovaya Rusiya qazının tədarükü üzrə məsələnin həlli açıq-açığına həm Kişinyovda, həm də Moskvada ümumi təsəlli yaradıb.
Bu hadisəni şərh edən Dövlət Duması Energetika komitəsinin sədr müavini İqor Ananskix «RT» ilə söhbətində əmin edib ki, kontraktın şərtləri «qarşılıqlı sərfəlidir».
O, qeyd edib ki, Moldova üçün Rusiyadan qaz ən ucuzudur. Həm də Moldova hakimiyyətini ona görə tərifləyib ki, onlar Ukraynaya tay olmayıblar - qazı baha və başqa yerdən almayıblar və Rusiyaya pis olsun deməyiblər. Ananskix əlavə edib ki, «Qazprom» bazar şəraitində işləyən şirkətdir, amma nədənsə konkretləşdirməyib ki, şirkət məhz Moldova ilə bu kontraktla hansı xüsusi üstünlüyü əldə edib.
«Kontraktların hamısı şirkətin özü və bütün səhmdarlar üçün qarşılıqlı sərfəlilik nəzərə alınmaqla müzakirə olunur. Mən, şadam ki, tərəflər bu qızıl ortanı tapıblar ki, bu, hər iki tərəfi qane edir və uzun müddətə kontrakt bağlanıb» - parlament üzvü xəbər verib.
Aydın məsələdir ki, Kişinyovda bu yeni kontrakta daha çox sevinirlər. Fasebook açıq şəkildə Moldova Baş nazir müavininin -infrastruktur naziri Andrey Sınunun mövqeyini əks etdirib.
O, xəbər verib ki, Moldova üçün Rusiya qazının qiyməti noyabrda 1 min kubmetr üçün 450 dollar təşkil edib.
Xəbər verildiyi kimi, oktyabrın 29-da «Qazprom» və «Moldovaqaz» Rusiya qazının Moldovaya tədarükü barədə kontraktın vaxtını noyabrın 1-dən 5 il müddətinə uzadıblar.
Xəbərə görə, qazın qiyməti bu kontrakta görə, bazar qiymətindən iki dəfə ucuz nəzərdə tutulub.
Tarix: 1-11-2021, 00:28