“Dövlət çevrilişi ilə bağlı planlar olub” - Gürcüstan DTX



Gürcüstanda dövlət çevrilişinə cəhdlə bağlı planlar olub.

Pravda.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilir ki, sabiq prezident Mixail Saakaşvilinin Rustavi həbsxanasından başqa həbsxanaya və ya xəstəxanaya aparılması zamanı ayrı-ayrı şəxslər iğtişaşlar planlaşdırıb: 

“Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti dövlət hakimiyyətini devirmək və zəbt etmək məqsədi ilə iğtişaş faktını araşdırır... İstintaq zamanı əldə edilmiş sübutlara əsasən, bu işdə iştirak edən şəxslərin hansısa dağıdıcı hərəkətlər planlaşdırdığı müəyyən edilib. Xüsusilə, onlar məhkum Mixail Saakaşvilinin 8 saylı Qldanskaya həbsxanasına köçürülməsinin qarşısını almağı planlaşdırıblar. Bu məqsədlə həmin şəxslər bu quruma gedən yolları bağlamağı və bununla da idarəolunmaz vəziyyət, xaos yaratmağı və Mixail Saakaşvilinin transferinin qarşısını almağı planlaşdırıblar”. 
Məlumata görə, əsas müxalifət partiyası olan Vahid Milli Hərəkatın üzvü Beso Tserediani və başqalarının Saakaşvilini həbsxana klinikasına apararkən yolları bağlamaq planını müzakirə edərkən qeydə alınmış səs yazısı sübut kimi götürülüb. 

Cinayət Məcəlləsinin 315-ci maddəsinin birinci hissəsi - “Gürcüstanda konstitusiya quruluşunu zorla dəyişdirmək, dövlət hakimiyyətini devirmək və ya ələ keçirmək məqsədilə hərəkətlər” maddəsi üzrə cinayət işi başlanıb.
Tarix: 29-10-2021, 23:18
Xəbəri paylaş



Xəbər lenti