Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz Feysbuk şirkətinin adının dəyişdirilməsi ilə bağlı məlumat paylaşıb. Оnun sözlərinə görə, Feysbuk şirkətinin adı dəyişdirilərək Meta adlandırılıb:
“Bu haqda bu gün keçirilən ənənəvi “Connect” konfransında çıxış edən Mark Zukerberq bildirib.
O, bu qlobal şirkətin yeni loqosunu da təqdim edib.
Ad dəyişikliyinin Feysbuk sosial şəbəkəsinə aidiyyəti yoxdur.
Bununla da öz tərkibində Feysbuk, Votsap, İnstaqram kimi qurumları birləşdirən “Meta” şirkəti, əsasən, virtual və artırılmış reallıq məsələlərinə fokuslanacaq”.
Tarix: 29-10-2021, 09:25