İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi İsraillə münasibətləri normallaşdırmaq yolunda addım atan ərəb ölkələrinin günah etdiyini bildirib.Ayətullah Əli Xameneyi bildirib ki, bəzi ölkələr təəssüf ki, oğru və sionist rejimlə münasibətləri yaxşılaşdırmaq istəyir: “Səhvlər, çox böyük səhvlər. Bunlar günahdır”, – deyə Xameneyi əlavə edib.
O bildirib ki, 2020-ci ildə İsraillə münasibətləri yaxşılaşdırmaqla bağlı qərar verən ərəb ölkələri bu qərarlardan çəkilməlidirlər.
İranın ali dini rəhbəri əlavə edib ki, ərəb ölkələrinin bu qərarları İslam birliyinə ziddir və təhqirdir.
Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Bəhreyn və Misir 2020-ci ildə İsraillə münasibətləri yaxşılaşdırmaq yolunda addımlar atmışdı.
Bu günlərdə İran Azərbaycanı da İsraillə yaxşı münasibətlərdə ittiham edərək bildirib ki, İsrail Azərbaycanda hərbi-siyasi varlığını artırıb və İran qonşuluqda bu halın yaşanmasında dözümlü yanaşmayacaq. Azərbaycan tərəfi isə ittihamları rədd edib. Bütün bunlar Azərbaycanın İrandan Ermənistana yardım daşıyan tırları saxlamasından sonra baş verib.
Tarix: 26-10-2021, 09:32