Akar: "Türkiyənin güclənməsi, NATO-nun güclənməsi deməkdir"


"F-16 qırıcılarının alınması ilə bağlı texniki işlər başladılıb, biz bu prosesi izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun güclənməsi deməkdir".
Yeniavaz.com
"Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib:
"84 milyonluq əhalimizi, 780 min kvadrat kilometrlik torpaqlarımızı, bu çərçivədə hüquqlarımızı və qanunlarımızı qorumaq bizim borcumuzdur. Necə edəcəyik? Ordumuzla edəcəyik. Ordu nə deməkdir? Şəxsi heyət və texnika. Biz bunu yerinə yetirməyə çalışırıq. Ona görə də ordumuzu ən üst şəkildə təchiz etməyə çalışırıq".
Akar həmçinin bildirib ki, Türkiyə bir çox hərbi ehtiyaclarını özü qarşılasa da, daha güclü olmaq üçün əlavə hərbi təchizata da ehtiyac hiss olunur:
"Bir çox ehtiyaclarımızı özümüz qarşılaya bilirik. Bunun xaricində qarşılamalı olduğumuz ehtiyaclar da var. Bu mənada sahib olduğumuz F16-ları dəyişdirməliyik. Strateji müttəfiqimiz, dostumuz ABŞ-la etdiyimiz əməkdaşlıq sayəsində həm "Blok 70 Viper F-16" tədarükü, həm də bəzi təyyarələrimizin modernləşdirilməsi üçün texniki işlərə başlanılıb. Türkiyə və silahlı qüvvələrimizin güclənməsi həm də NATO-nun müdafiəsinin gücləndirilməsi deməkdir”.
Tarix: 23-10-2021, 13:48
Xəbəri paylaş



Xəbər lenti