Krıma gedənlərə sərt məhdudiyyətlər planlaşdırılır
Krım yarımadasının səlahiyyətlilərinin noyabr tətillərində gözlənilən turist axını səbəbiylə ciddi məhdudiyyətlər tətbiq etməyi planlaşdırdıqları barədə xəbər yayılıb.
Məhdudiyyətlərdən əsas məqsədin koronavirus infeksiyası zəncirlərini qırmaq olduğu bildirilir.
Qeyd edilir ki, bölgəyə gələnlərə olduqca sərt məhdudiyyətlər tətbiq ediləcək.
Hazırda Krım xəstəxanaları demək olar ki, 100% doludur. Eyni zamanda, pandemiya səbəbindən Rusiyada əlavə istirahət günlərinin tətbiq oluna biləcəyi səbəbindən Krıma bilet satışlarının sayı artıq artıb. Amma belə şəraitdə respublika hökuməti çoxlu turist qəbul etməyə hazır deyil.
Bu məlumatla bağlı hələ rəsmi bir açıqlama verilməyib.