Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstan, Yunan Kipri və Misir arasında Afinada keçirilən 9-cu Zirvə toplantısından sonra yayımlanan birgə bəyanata sərt təpki göstərib.Qafqaz.media xəbər verir ki, "Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) daxil olmadığı heç bir təşəbbüsün uğur qazana bilmədiyini həm dostlara, həm də düşmənlərə göstərdik", - deyə XİN-dən açıqlama verilib.
Türkiyə XİN onu da vurğulayır ki, Misirin yunan-rum ikilisinin yanında yer alması Şərqi Aralıq dənizində əməkdaşlıq edə biləcəyi ünvanı səhv salmasının və əsl həqiqəti hələ anlamadığının göstəricisidir.
Açıqlamada daha sonra qeyd olunur ki, Türkiyə bölgə ölkələri arasında əməkdaşlığı artıracaq enerji layihələrini dəstəkləsə də, bu layihələr Türkiyə və Kipr Türklərinin hüquq və mənafelərini gözardı etməməlidir.
Əlavə olaraq o da vurğulanır ki, bəzi qeyri-qanuni qruplara dəstəyi ilə Liviyada sabitliyin pozulmasına səbəb olan bu ölkələrin hazırda Türkiyənin Liviyanın qanuni hökuməti ilə imzaladığı anlaşma memorandumunu hədəfə alması ilk növbədə Liviyanın maraqlarına və suverenliyinə hörmətsizlikdir.
Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada da bildirilir ki, bu gün Yunan Kipri tərəfinin Yunanıstan və Misirlə üçlü zirvə görüşündən sonra verilən ortaq bəyanatda yer alan məsələlər adadakı siyasi və hüquqi reallıqları əks etdirmir.
Qeyd edək ki, Yunanıstan, Yunan Kipri və Misir arasında Afinada keçirilən 9-cu Zirvə görüşündən sonra dərc olunan birgə bəyanatda, tərəflər arasında əməkdaşlığın davam etməsinə və bu çərçivədə mərkəzi qərargahı Cənubi Lefkoşada olan daimi katibliyin qurulmasına qərar verildiyi bildirilib. Üstəlik, Yunan Kipri ilə Misir arasında enerji sahəsində əməkdaşlığın qurulmasına dair anlaşma memorandumunun imzalandığı və bu müqavilənin yalnız tərəflərin deyil, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyi iddia edilib.
Tərəflərin qaz kəşfiyyatı və nəqli ilə bağlı üçtərəfli əməkdaşlığı davam etdirmək istədikləri ifadə edilən bəyanatda, "Karbohidrogen ehtiyatlarının kəşfinin regional sabitlik və firavanlıq üçün katalizator olacağına inanmağa davam edirik", - deyə vurğulanıb.
Tarix: 20-10-2021, 08:54