Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maaşını artırılacaq.Gununsesi.info xəbər verir ki, bununla bağlı təklif Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
Bildirilib ki, Türkiyə Prezidenti maaşını təxminən 14%, və yaxud 12 min lirə (təxminən 1 300 ABŞ dolları) artırmağa qərar verib.
Parlament təklifi təsdiq etsə, Türkiyənin dövlət başçısı bundan sonra ayda 100 min lirə (təxminən 10 750 dollar) maaş alacaq.
Tarix: 19-10-2021, 22:54