ABŞ Ordusu Çinlə üz-üzə gəlməkdə qərarlı olsa da, önümüzdəki illərdə onun imkanları ən çox başqa yerdə - Şərqi Avropada lazım ola bilər. Moderator.az xəbər verir ki, bunu analitik Loren Tompson “Forbes” jurnalı üçün yazdığl məqalədə bildirib. Onun fikrincə, bu gün yenidən dirçələn Rusiya bir sıra qonşu dövlətlər üçün təhlükə yaradır və yaxın gələcəkdə Moskvanın təsirinin tədricən Qərb sivilizasiyasının mərkəzinə nüfuz etməsi istisna olunmur. Amerika Birləşmiş Ştatları bütün potensial təhlükələrə diqqət etmək əvəzinə yalnız Çinə qarşı köklənib. Tompsonun fikrincə, Pekinin artan gücü və nüfuzu ilə bağlı narahatlıqlar əlbəttə ki, əsassız deyil, lakin indi Çinin əsas geosiyasi məqsədi Tayvan üzərində nəzarəti qurmaqdan ibarətdir. Müəllif bildirir ki, Belarus artıq Moskvanın strategiyasının qurbanı oldu. Aleksandr Lukaşenko sentyabr ayında keçirilən
“Qərb-21” təlimlərində ölkəsində çoxlu silahlı qüvvələrin yerləşdirilməsinə icazə verdi və bütün qoşunların
oradan çıxarılıb-çıxarılma
dığı məlum deyil.
Bundan əlavə, ruslar Polşa sərhədin
in bir neçə addımlığında S-400 zenit-raket sistemlərini yerləşdir
di ki, Polşa
faktiki olaraq Belarus və Kalininqrad bölgəsində
ki hava hücumundan müdafiə sistemləri arasında
nişangaha çevrildi.
“Rusiyanın artan müdaxilə təhlükəsini görən Polşa F-35 qırıcıları və “Abrams” tankları kimi müasir silahlar almağa başladı, ancaq Vaşinqtonun Rusiyanın avantürizminin yaratdığı təhlükəni başa düşüb-düşmədiyi tam aydın deyil”, - deyə Tompson yazır.
O əmindir ki, ABŞ ordusu Çindən gələn təhlükə ilə məşğul olsa da, yaxın illərdə onun imkanları
na Şərqi Avropada
daha çox ehtiyac duyula bilər.
“Obama administrasiyası Moskvanın Avropada hökmranlıq etməkdə davam edən marağını tamamilə gözdən qaçırdı və buna görə də Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsinə qarşı çıxmağa hazır deyildi. O vaxtdan bəri Amerika elitaları Rusiyanın Şərqi Avropada hökmranlığını yenidən bərpa etmək planını dərk edə bilmədilər. Əgər Bayden administrasiyası Milli Müdafiə Strategiyasında təhlükə görməyəcəksə və yalnız Çinə qarşı köklənməkdə davam edəcəksə, önümüzdəki illərdə Rusiyanın təsirinin tədricən Qərb sivilizasiyasının mərkəzinə nüfuz etməsi təəccüblü olmamalıdır”, - deyə analitik Loren Tompson fikrini yekunlaşdırır.
Tərcümə və təqdim etdi: Miraslan
Tarix: 14-10-2021, 22:31