Tiflisdə “Mişaya azadlıq” tələb edirlər: Mitinqdən VİDEO
Xəbər verdiyimiz kimi, həbsdə olan Mixail Saakaşvilini dəstəkləyən etirazçılar Gürcüstan paytaxtıTiflisdə etiraz aksiyası keçirir. Cebhe.info xəbər verir ki, paytaxtın mərkəzi meydanında ölkənin müxtəlif bölgələrindən minlərlə insan "Mişaya azadlıq" şüarı altında keçirilən aksiyaya toplaşıb. Xatırladaq ki, müxalifət partiyaları bugünkü etiraz aksiyasında rəsmi iştirakdan imtina ediblər. Bununla belə meydana minlərlə insan toplaşıb. Saakaşvili mitinqçilərə məktub yazıb və “şikayətləri unudub böyük bir barışığa başlamaq lazım olduğunu” bildirib. Saakaşvilinin məktubunu Azadlıq meydanındakı tribunada vəkili Nika Qvaramia oxuyub. Gürcüstanın üçüncü prezidentinin məktubunda deyilir: "Sivil bir ölkə istəyiriksə, böyük barışıq lazımdır. Qisas və intiqam haqqında unutmalıyıq".