1986-cı il nüvə qəzası zamanı Çernobıl Atom Elektrik Stansiyasına (AES) rəhbərlik edən Viktor Bryuxanov vəfat edib."Report" xəbər verir ki, bu barədə Çernobıl AES-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, 1985-ci ildə stansiyanın ilk direktoru Viktor Bryuxanov bu gün 84 yaşında dünyasını dəyişib.
Bryuxanov 1970-ci ildə Çernobıl Atom Elektrik Stansiyasına işə başlayıb. Əvvəlcə tikintiyə, bundan sonra isə 1986-cı ilin aprelinə qədər stansiyaya rəhbərlik edib. Çernobıl Atom Elektrik Stansiyasında baş verən nüvə qəzasından sonra oradan uzaqlaşdırılıb.
Qeyd edək ki, Çernobıl Atom Elektrik Stansiyasındakı qəza 26 aprel 1986-cı ildə baş verib. Partlayış Ukrayna, Belarus və Rusiyada müxtəlif dərəcəli çirklənməyə səbəb olan çox sayda radioaktiv materialların atmosferə buraxılmasına səbəb olub.
Tarix: 14-10-2021, 09:24