Əfqanıstanda Seyid-Abbad məscidində partlayış baş verib. “Aamaj News” agentliyinin yaydığı məlumata görə, hadisə Kunduz əyalətində baş verib. Nəticədə 100-ə yaxın insan ölüb, 60-dan çox yaralanan var. Partlayış cümə namazına çoxlu sayda insan toplaşdığı zaman həyata keçirilib. İlkin məlumatlara görə, kamikadze məscidin içərisində partlayıcı qurğunu işə salıb. Radikal “Taliban” hərəkatının mədəniyyət komissiyasının üzvü Məhəmməd Cəlal Twitter səhifəsində yazıb ki, terror aktı “İslam Dövləti” qrupunun silahlıları tərəfindən həyata keçirilmişdir.
Tarix: 8-10-2021, 16:16