Co Bayden və Rəcəb Tayyib Ərdoğan
ABŞ Prezidenti Co Bayden Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə Suriyadakı fövqəladə vəziyyətin daha bir il uzadılması qərarı ilə bağlı məktub göndərib və səbəblərini izah edib.
Bizimyol.info xəbər verir ki, Baydenin yazdığı məktubda qeyd olunub ki, Türkiyə hökumətinin Suriyanın şimal-şərqində hərbi hücuma keçməsi İŞİD-i məğlub etmək cəhdlərini boşa çıxarır və sivil insanları riskə atır.
"Bu, bölgədəki sülhü, təhlükəsizliyi və sabitliyi pozmaqla təhdid edir, ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün bir təhlükə yaratmağa davam edir. Buna görə də əminəm ki, Suriyadakı vəziyyətlə əlaqədar 13894 saylı fərmanda elan edilmiş milli fövqəladə vəziyyətin davam etdirilməsi zəruridir",- deyə Bayden qeyd edib.
Qeyd edək ki, reallıqda Suriyada terrora qarşı ən effektli mübarizə aparan tərəf elə Türkiyədir. Dinc əhali isə əsasən Rusiyanın hava hücumları zamanı həyatını itirir.
Tarix: 8-10-2021, 16:14