Ermənistanda QARŞIDURMA - Müdafiə naziri Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə TOQQUŞUR

Ermənistanda QARŞIDURMA - Müdafiə naziri Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə TOQQUŞUR
Ermənistanda II Qarabağ Müharibəsindəki məğlubiyyətə görə daxili çəkişmə güclənir.
 
Silah satışı və digər ittihamlarla əlaqədar cinayət işləri çərçivəsində artıq yüksək vəzifələr tutmuş 4 nəfər həbs edilib. Keçmiş müdafiə naziri Davit Tonoyan, silah tədarükçüsü Davit Qalstyan, keçmiş aviasiya rəisi Avetik Muradyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan.
 
Modern.az "Qraparak" qəzetinə istinadən xəbər verir ki, bu işə görə müdafiə naziri Arşak Karapetyanla Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında ciddi münaqişə yaranıb.
 
Məlumata görə, A.Karapetyan belə bir böyük səs-küyə və Müdafiə Nazirliyinin hazırkı və keçmiş yüksək rütbəli məmurlarının həbsinə qarşıdır.
 
"Qraparak" yazır ki, bu iş çərçivəsində kəşfiyyatçıların adları da çəkilir.

Tarix: 5-10-2021, 14:22
Xəbəri paylaş



Xəbər lenti