Ukraynada vaksinasiya məcburi olacaq


Ukraynada vaksinasiya məcburi olacaq

Yaxın gələcəkdə Ukraynada COVID-19-a qarşı məcburi peyvənd tətbiq ediləcək.

"Report" xəbər verir ki, bunu Ukrayna səhiyyə naziri Viktor Lyaşko keçirdiyi brifinqdə deyib.
"Səhiyyə Nazirliyinin müvafiq əmri mərkəzi icra hakimiyyəti orqanlarının təsdiqinə göndərilib", - nazir vurğulayıb.
Lyaşko, həmçinin qeyd edib ki, söhbət məcburi peyvənddən getmir: "Məcburi peyvənd anlayışı yoxdur. Vaksin olunanlar işləyə biləcək, digərləri yox".
Onun sözlərinə görə, əmrdə vaksinin məcburi olacağı peşələrin siyahısı dəqiq müəyyən ediləcək.
Tarix: 1-10-2021, 08:45
Xəbəri paylaş



Xəbər lenti