Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi tiryək və digər narkotik vasitələrin qiymətini artırıb.Axar.az xəbər verir ki, bu məlumatı “Tayms of İndia” qəzeti yayıb. Məlumata görə, hazırda ölkədə tiryəkin qiyməti Əfqanıstanda 3 dəfə artıb. Qaçaqmalçılar yerli tiryək istehsalçılarına 1 kiloqram üçün 100 dollar ödəyir. Bu səbəbdən də Avropada qara bazarında bu narkotikin qiyməti 1 qrama görə 50 dollara yüksəlib.
Qəzet əfqan narkotikinin dəyərinin artmasına hava şəraiti, Əfqanıstandakı qeyri-stabil vəziyyət və xarici sərhədlərin bağlanmasının təsir göstərdiyini bildirib. Üstəlik, Talibanın narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparacağı bəyanatının da buna təsir etdiyi qeyd olunub.
Qeyd edək ki, 2001-ci ildə ABŞ-ın Əfqanıstana daxil olmasından sonra tiryək əkini kəskin şəkildə artıb. 2020-ci ildə ölkədə 6300 ton tiryək istehsal olunub. Əfqanıstanın narkotik satışından illik gəliri 2 milyard dollar təşkil edib.
Tarix: 29-09-2021, 15:16