Cadugərliklə məşğul olduğu deyilən 8 qadın tonqalda yandırıldı...

Cadugərliklə məşğul olduğu deyilən 8 qadın tonqalda yandırıldı...
Demokratik Konqo Respublikasında insanlar cadugərliklə məşğul olmaları ittihamı ilə 8 qadını  tonqala atıblar. 
 
Moderator.az  xəbər verir ki, bu barədə  “The Guardian” nəşri yerli hüquq müdafiəçilərinə istinadla məlumat yayıb.
 
Mənbənin bildirdiyinə görə, yerli sakinlər "ifritə ovu" həyata keçiriblər. Vəkillər 2021-ci ilin iyun-sentyabr aylarında 300-dən çox qadına qarşı cadu etmək ittihamı irəli sürüldüyünü söyləyiblər. Ekspertlər ölkə rəhbərliyini hərəkətsizlikdə ittiham ediblər.
 
Sosiologiya professoru Bosco Muçukiva "Polis və ədalət sistemi öz işlərini görmür"- deyə bildirib. 
 
Hüquq müdafiəçiləri deyib ki, cadugərlərin  axtarışı üçün keçirilən əməliyyat zamanı 8 qadın öldürülüb və tonqalda yandırılıb.

Tarix: 29-09-2021, 15:11
Xəbəri paylaş



Xəbər lenti