“Erməni diplomatları 30 ildi əcnəbilərin ayaqqabılarını yalayır“ – GEQAM NAZARYAN
“Çoxları hazırkı rejimi və onun hərbiləşdirilmiş liderini savaşı dayandırmamaqda günahlandırır. Xalq, xüsusilə hakimiyyəti günahlandırır və doğru iş görürlər, amma rejim başçısının və ətrafındakı dar düşüncəli komandanın bir nömrəli cinayəti müharibəni dayandırmaq deyil, onu ölkəmizə, evlərimizə və ailələrimizin içinə gətirmək oldu”.
Gununsesi.info erməni KİV-nə istinadla xəbər verir ki, bu sözləri “Nəsillər üçün Həqiqət” QHT-nın rəhbəri Geqam Nazaryan öz məqaləsində qeyd edib:
“Bu müharibə qaçılmaz deyildi. Azərbaycan və ya Türkiyə liderlərinin bəyanatları nə qədər döyüşkən olsa da, bu müharibə olmamalı idi. Oxşar bəyanatlar 1995-ci ildən bəri verilir. Bəli, Azərbaycan daim silahlanırdı, ancaq müharibə yalnız 2018-ci ildə ölkəmizdə baş verən hakimiyyət dəyişikliyindən və sonrakı hadisələrin ardından mümkün oldu.”
“Nikol Paşinyanın dediklərini unutmusunuz? İstədiyimiz kimi danışıqlar aparırıq, öz baxış nöqtəmizdən sövdələşmə aparırıq, Əliyevlə birbaşa əlaqə saxlayırıq və s. Reallıq isə budur ki, diplomatlarımız otuz ildir ki, əcnəbilərin ayaqqabılarını yalayırlar. Onun “Qarabağ Ermənistandır” sözlərini və Şuşada oynadığı yallını nə tez unutdunuz?” – deyə QHT rəhbəri qeyd edib.
Geqam Nazaryanın fikrincə, ermənilər ətraflı öyrənməli və araşdırmalıdır ki, niyə müharibə 19 oktyabrda deyil də, 9 noyabr tarixində bitdi:
“Ancaq ilk növbədə səbəbi tapmaq, onu anlamaq və araşdırmaq lazımdır. Paşinyan rejimi qətiyyətli addımları ilə ölkəmizə müharibə gətirdi. Türkiyəni bölgəmizə, Cənubi Qafqaza gətirdi. Türkiyə otuz ildir ki, Cənubi Qafqazda mövqeyini gücləndirmək arzusunda idi, otuz il ərzində müharibəyə başlamaq arzusunda idi və Paşinyan onların bu arzusunu yerinə yetirdi.”
Geqam Nazaryan Paşinyanın siyasi ritorikasını da, tənqid edib:
“Və Nikolun 27 Sentyabrda, müharibədən bir neçə saat sonra Milli Məclisdəki çıxışını, daha doğrusu çıxışın bu hissəsini heç kim unutmamalıdır. Ən zəif ordusu olan bir ölkənin lideri belə müharibədən bir neçə saat sonra bu cür bir açıqlama verməz, hətta onlara dünyanın ən güclü ordusu hücum etsə belə. Artıq xalqın məğlub olduğu, nəticənin əvvəlcədən təyin olunduğu aydın deyilmi? 18-20 yaşlı oğlanlarımız komandirləri ilə birlikdə əvvəlcədən planlaşdırılmış 44 günlük savaşda həlak oldular”.
Tarix: 28-09-2021, 22:09
-
Bu gün, 20:38
Masallıda zibil poliqonundakı yanğın taxıl sahələrinə keçdi
-
Bu gün, 20:31
“İllərlə yaratdığım biznesi əlimdən aldılar” – Köhnə şəhərdə təzə oyunlar
-
Bu gün, 20:24
Maliyyə Nazirliyi Qarabağda Bərpa və Tikinti xidmətində yoxlamaya başladı
-
Bu gün, 17:16
“Arpa işi”ndə icra başçısı sakinlərə uduzdu
-
Bu gün, 17:12
Cəllabada QAZİLƏRİN dərmanlarını vermirlər... - "...bilərək ZÜLM EDİRLİR" VİDEO
-
Bu gün, 17:09
Zaur Mikayılovun ABSURD su idarəçiliyi SİSTEMİ - NARAZILIQ
-
Bu gün, 11:30
Tıxac, basabas olub, amma "get gips al" olmayıb - Buna da şükür...
-
Bu gün, 11:20
Azərbaycan Mərkəzi Asiyanın qərar masasındadır – Çolpon-Atada tarixi gün
-
Bu gün, 09:22
MƏTBUAT QAYĞISI, YOXSA AĞIZSUSPAYI? – İSMÂYILLIDA JURNALİSTLƏRƏ OLUNAN "JEST"İN PƏRDƏARXASI!
-
Bu gün, 09:13
34 Milyonluq Villa Satılmır: Unibank rəhbərinin Fransadakı dəbdəbəli mülkünə bir ildən çoxdur alıcı tapılmır
-
Dünən, 18:01
“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı
-
Dünən, 15:52
Nigara görə həkimlərə bu cəza verildi
-
Dünən, 15:38
İRANA CASUSLUQDA ŞÜBHƏLİ BİLİNƏN BRİTANİYA VƏTƏNDAŞI - Rəşad Sultanov saxlanılıb + FOTO
-
Dünən, 15:17
“İnsan həyatı üçün ciddi təhlükə var” -“Vital Hospital” bağlandı
-
Dünən, 15:10
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir
-
Dünən, 10:33
Ekspert: “Sərhədlərin bağlı qalması turist sayına mənfi təsir göstərir”
-
Dünən, 10:30
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: yeni hüquqi praktika nə vəd edir?
-
Dünən, 10:20
Obyektləri qıfıllanan sahibkarların narahatlığı: Sənədlər təftiş olunur - VİDEO
-
Dünən, 10:16
Notarius həbs edildi - Külli miqdarda dövlət vəsaitini mənimsəyib
-
Dünən, 10:06
Gigiyena və Epidemiologiya Mərkəzi "SİNAM" MMC ilə "zerkalnı" müqavilə bağladı - Millionluq borcu var
-
Dünən, 10:04
Şəki xəstəxanasındakı 70 minlik xaos Prokurorluqda! – Kadr rəisi Tural Səfərovun işi araşdırılır
-
30-07-2026, 23:16
“Azercell” gizli şəkildə qiymətləri qaldırdı - SİYAHI
-
30-07-2026, 21:53
Yol istismar idarəsinin hesabına həbs qoyuldu - Direktoru Əliheybət Şirinovun oğludur
-
30-07-2026, 21:50
Ölkədə 2026-cı ilin ilk yarısında turizm sektorunda geriləmə, bəlkə də çökmə baş verib
-
30-07-2026, 21:47
Əmrullayevin kantoru nə etmək istəyir? - HƏQİQƏTƏN DƏ...
-
30-07-2026, 21:45
Ölkədə nikbin desək, iqtisadi durğunluq var, neft-qazın baha olması bizi hələ ki, vəziyyətdən çıxarır
-
30-07-2026, 13:57
Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq
-
30-07-2026, 10:51
Azərbaycanda 90-a yaxın çimərlik var, cəmi yeddisi ödənişsizdir - Paytaxt sakinlərindən ŞİKAYƏT - VİDEO
-
30-07-2026, 10:49
Təhdid, izləmə, canlı həşəratlar: "eBay" jurnalist ailəsinə milyonlarla dollar təzminat ödəyəcək
-
30-07-2026, 10:47
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı-FOTO