Taliban İŞİD-in Əfqanistan liderini edam edib – Rəsmən təsdiqləndi


 
İŞİD -in Əfqanıstan lideri Əbu Ömər Xorasaninin Taliban tərəfindən öldürülüb.
 
Ovqat.com xəbər verir ki, Taliban bunu rəsmən təsdiqləyib.
 
Xorasani 2017 -ci ilin aprelində Əfqanıstanda İŞİD lideri Əbdülhasib Loqarinin öldürülməsindən sonra Əfqanıstanda İŞİD-in lideri vəzifəsinə gətirilmişdi.
 
Əfqanıstanın Nangarhar əyalətində İŞİD təşkilatına rəhbərlik edən Əbu Ömər Xorasani 2020 -ci ilin may ayında ABŞ və keçmiş Kabil rəhbərliyi tərəfindən ölkənin paytaxtı ilə Nangarhar arasındakı bir bölgədə ələ keçirilmişdi.
 
Taliblərin Əfqanıstanda əyalət mərkəzlərini və həbsxanalarını ələ keçirdikləri 17 avqustda həbsxanada əsir götürülən Əbu Ömər Xorasaninin edam edildiyi iddiaları yayılmışdı.
 
Wall Street Journal və Mayadin TV sözügedən iddiaları yenidən gündəmə gətirdikdən sonra Taliban bu gün faktı təsdiqləyib və İŞİD lideri Əbu Ömər Xorasanini edam etdiklərini bildirib.
 
2015 -ci ildə Əfqanıstanda İŞİD-in yaranmasından bu yana Talibanla bu təşkilat arasında qarşıdurma yaşanır.
 
ABŞ və keçmiş Kabul rəhbərliyinin İŞİD-i Taliban əleyhinə dəstəklədiyi iddia olunurdu. Bir neçə il ərzində Talibanla mübarizəsində ciddi məğlubiyyətlər yaşayan İŞİD xeyli geriləmiş, 2019-cu ildən etibarən ölkədəki təsir gücünü tamamilə itirmiş və gizli fəaliyyətə çəkilmişdi.
 
Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra İŞİD onu qeyri-İslami qurum olaraq gördüklərini və təşkilatla mübarizə aparacaqlarını bəyan etmişdi.



Tarix: 27-09-2021, 09:13
Xəbəri paylaş



Xəbər lenti