Ermənistan MN öz xalqını “ordumuz” var deyə aldadır: Növbəti dəfə ifşa olundular - FOTO




Ermənistanda keçirilmiş hərbi təlimlər zamanı çəkilmiş foto sosial şəbəkənin erməni seqmentində rezonans doğurub.
Belə ki, qəzəbli ermənilər Müdafiə Nazirliyinin ünvanına sərt tənqidlər səsləndiriblər.
Fotoda hər zaman olduğu kimi bütün fiziki parametrləri ilə döyüşçüdən başqa hər şeyə bənzədə biləcəyimiz bir erməni hərbçisi guya təlimlərin hansısa mərhələsi barədə kompüterdə hansısa işlə məşğul olur. Lakin erməniləri qəzəbləndirən heç də bu “döyüşçü”nün zahiri görkəmi olmayıb. Yəqin ki, öz ordularındakı acınacaqlı “döyüş hazırlığı”ndan onsuz da xəbərdardılar. Biz fotolarda görsək də, onlar öz “adamyeyən” yekəqarın hərbçilərini də, real döyüşlərdə sadəcə qaçışları ilə yadda qalan əsgərlərini də daha yaxşı tanıyırlar.
Qəzəb və nifrət dalğasına səbəb olan fotonun sadəcə “görüntü” naminə çəkilməsi olub. Çünki fotodakı hərbçi kompüterdə “maus”la işləyirmiş kimi görünsə də, fotoya diqqət yetirdikdə onun kompüterə qoşulmadığı aydın şəkildə görünür.
Kiçik bir məqam kimi görünsə də, bu hal Müdafiə Nazirliyinin həyasızcasına öz xalqını aldatmasını, onun gözünü boyamaq naminə min bir oyundan çıxmasını sübuta yetirib. Çünki bu qurum onsuz da hələ müharibə dövründə saxta məlumatlarla erməniləri ələ salıb.
Yəqin ki, hər birimiz “taktiki olaraq geri çəkilmə” yalanının banisi Artsrun Ovannisyanı da yaxşı xatırlayırıq. Görünür ermənilər də Ovannisyanı unutmadıqları üçün artıq Müdafiə Nazirliyinin oyuncağına çevrilməyi həzm edə bilmirlər.
Döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olan, hazırda isə hər vəchlə sadəcə “varlığını” sübuta yetirməyə çalışan Ermənistan MN-in bu cəhdlərinin məhz ermənilərin özləri tərəfindən ifşa olunması isə ölkədəki durumu daha acınacaqlı edir. Bu vəziyyət yalnız ortada “Ermənistan ordusu” deyə bir şeyin olmadığını sübuta yetirir. Şübhəsiz ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi mövcud həqiqəti dərk etməyəcəyi halda Ermənistan Müdafiə Nazirliyi bunun əksini iddia etməyə çalışdığı hər addımında məhz bu cür rüsvayçılığa düçar olacaq. Erməni xalqı isə kompüterə qoşulmayan “maus”la döyüşə hazırlaşan hərbçilərdən mədət umacaq...//Mənbə: Oxu.az




Tarix: 26-09-2021, 13:26
Xəbəri paylaş



Xəbər lenti