Ukrayna Ali Radasının spikeri ikinci dəfə koronavirusa yoluxubDmitri Razumkov
Ukrayna Ali Radasının spikeri Dmitri Razumkovun COVID-19 testi pozitiv çıxıb."Report" xəbər verir ki, bu barədə spiker feysbuk səhifəsində məlumat verib.
Qeyd edək ki, Razumkov birinci dəfə 2020-ci ilin noyabr ayında koronavirusa yoluxduğunu açıqlamışdı. Bu ilin avqustunda isə parlament sədri əks-göstərişləri olduğu üçün peyvənd olunmayıb.
"Özünüzə diqqət edin və COVID-19-un yox olmadığını unutmayın!", - Razumkov deyib.
Spiker bu səbəbdən Kiyevdə keçiriləcək Yalta Avropa Strategiyası sammitində iştirak edə bilməyəcək.
Tarix: 11-09-2021, 10:17