Əfqanıstanın Pəncşir vilayətindəki Milli Müqavimət Cəbhəsi ölkə ərazisinin 65 faizə qədərini nəzarətdə saxlayır. "Taliban" hərəkatı yalnız əsas yolu tutmağı bacarıb.Trend-in məlumatına görə, bu barədə müqavimət qüvvələrinin nümayəndəsi Əli Maysam Nəzəri bildirib.
O qeyd edib: "Pəncşirin 60 faizindən 65 faizə qədəri bizim nəzarətimiz altındadır. Pəncşirdə 15-ə yaxın bir çox əlavə dərələr var və hamısı nəzarətimiz altındadır".
Onun sözlərinə görə, döyüşçülər əsas yoldan və vilayət mərkəzindən taktiki olaraq geri çəkilib, lakin tezliklə onları geri almaq niyyətindədir.
Tarix: 9-09-2021, 08:54