ÜST “lyambda”nın aşkarlandığı ölkələrin sayını açıqlayıb


ÜST “lyambda”nın aşkarlandığı ölkələrin sayını açıqlayıb
Maria Van Kerkhove: “Bu olduqca gənc ştammdır. Əsasən, Şimali və Cənubi Amerika ölkələrində yayılıb"
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “lyambda” ştammının 30-dan çox ölkədə yayılmasını qeydə alıb.
 
AYNA xəbər verir ki, bu barədə ÜST-ün Fövqəladə Xəstəliklər şöbəsinin texniki qrupunun rəhbəri Maria Van Kerkhove "Twitter" hesabında yazıb.
 “Bu olduqca gənc ştammdır. Əsasən, Şimali və Cənubi Amerika ölkələrində yayılıb. İndiyədək 30-dan çox ölkədə qeydə alınıb”, - deyə Kerkhove deyib.
 
Qeyd edək ki, “lyambda” ilk dəfə iyunun sonunda Braziliyada aşkarlanıb.
Tarix: 20-07-2021, 10:03
Xəbəri paylaş



Xəbər lenti