Rusiyanın "əli aşağı düşüb" - "Erməni nazı" çəkməyə imkan qalmayıb



Rusiyada həll olunmamış qalan problemlər arasında kasıblıq, bir çox ailələrin aşağı gəliri, ilkin səhiyyə qovşağının aşağı keyfiyyəti və məktəb binalarının köhnəlməsi xüsusilə seçilir.
Bu barədə iyulun 19-da Rusiya Prezidenti Vladimir Putin Prezident yanında strateji inkişaf və milli layihələr Şurasının iclasında bəyan edib. İclas videokonfrans rejimində keçib.
«Biz, yaxşı bilirik ki, real nailiyyətlərlə bərabər əhəmiyyətli sayda həll olunmamış tapşırıqlar, problemlər də var və onlar insanlar üçün çox həssasdırlar. Bu, hər şeydən əvvəl, kasıblıq, bir çox ailələrin aşağı gəlirləri, ilkin səhiyyə xidmətinin aşağı keyfiyyəti, məktəb binalarının köhnəlməsidir. Bunlar və digər kəskin problemlər barədə vətəndaşlar deyirlər - bildiyiniz kimi, «Birbaşa xətt»in gedişində də bildirirlər» - Prezident qeyd edib.
Göründüyü kimi, hökumətin qarşısında həlli vacib olan xeyli problemlər yığılıb və Putin gözəl anlayır ki, bu problemlərin həllini təxirə salmaq hakimiyyət üçün «intihara» bərabər bir laqeydlik olardı. Ancaq indiki pandemiya dövründə və qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda bu problemlərin həlli bir qədər də çətinləşib. Belə bir vaxtda, Rusiya artıq əvvəlki dövrlərdə olduğu kimi, müttəfiqi Ermənistanın «qayğısına qalmaq» imkanını (tüfeyli və nankor ermənini yemləmək!) itirmiş olur. Diqqətçəkəndir ki, bu dəyişikliyi ilk duyan da elə ermənilərdir - onlar Rusiyanın iqtisadi baxımdan əldən düşdüyünü hamıdan tez duyublar. Məhz bu səbəbdəndir ki, Ermənistanın Paşinyan «şaykası» indi üzünü Qərbə çevirib və kasıb Rusiyanı böyük hesabla, görməzliyə vurur.
Tarix: 20-07-2021, 09:33
Xəbəri paylaş



Xəbər lenti