Almanlar Brüsseli kömək göstərməməkdə suçlayırlar - Almaniyada daşqınlar



Almaniya Federativ Respublikasının (AFR) maliyyə naziri Olaf Şolts daşqınların qurbanlarına gecikmədən 300 milyon avro maliyyə yardımı göstəriləcəyini elan edib. İyulun 21-də siyasətçi baxılmaq üçün Nazirlər Kabinetinin nəzərinə fovqəladə kömək göstərilməsi planını təqdim edib.
Bu barədə «Bild am Sonntag» qəzeti xəbər verib. Maliyə dəstəyi, Şoltsun sözlərinə görə, «tez və çək-çevirsiz» göstəriləcək.
Maliyyə naziri həm də hökumətin baxması üçün daşqınlar nəticəsində zərər çəkmiş bölgələrə (Şimali Reyn-Vestfaliya və Reyland-Pfalts) çoxmilyonlu rekonstruksiya və inkişaf proqramını təqdim edəcəyinə söz verib.
«Bundan əvvəlki fəlakətlərin təcrübəsindən bildiyimiz kimi, söhbət milyardlarla avrodan gedir» - Şolts qeyd edib. Dağılmış infrastruktur obyektləri, körpülər və yollar kimi, həm də təbii fəlakətin qurbanı olan evlər, maliyyə nazirinin sözlərinə görə, ilk növbədə bərpa olunmaldır.
«Ümumiləşdirilmiş səylər qaçılmazdır» - Şolts qeyd edib və əlavə edib ki, «fəlakətin vurduğu ziyan böyükdür». «Öz biznesini, evini itirənlər itkiləri təkbaşına ödəyə bilməzlər» - federal kansler postuna ASDP-dan namizəd əlavə edib. O, həm də «tez və bürokratik çək-çevirsiz» miqyaslı kömək göstərilməsi üçün səyləri birləşdirməyə çağırıb.
Maliyyə nazirinin qeyd etdiyi kimi, federal hökumətdən fovqəladə maliyyə köməyi Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts üzərindən ödəniləcək, çünki bölgələrin rəhbərləri «daha çox ehtiyacı olanlara dəstək üçün hər şeyi daha yaxşı həll edə bilərlər». Siyasətçinin sözlərinə görə, zərər çəkənlərə ilk dotasiyalar artıq iyulun sonunda daxil olmalıdr. Daşqınlara məruz qalmış bölgələrin bərpası üzrə proqramın reallaşması üçün daha uzun vaxt tələb oluna bilər, ancaq «hər şey ilin sonuna qədər hazır olmalıdır», Şolts qeyd edib.
Sıravi almanlar isə Avropa İttifaqını hər-hansı maliyyə köməyi göstərməməkdə günahlandırırlar - xüsusilə də Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni. Qəzəblənmiş sakinlər Brüsseli Almaniyaya pul verməməkdə ittiham edirlər.
Tarix: 19-07-2021, 08:37
Xəbəri paylaş



Xəbər lenti