“Rusiyadan göndərilmiş xüsusi qruplar, üç həftədir Ermənistanda çalışır” - Hansı məqsədlə?

“Rusiyadan göndərilmiş xüsusi qruplar, üç həftədir Ermənistanda çalışır” - Hansı məqsədlə?
Nəyin niyə baş verdiyini  anlamaq üçün kimin, nəyin, harada və nə vaxt olduğunu bilməlisən...”
 
İyunun 21-də qəsbkar Ermənistanda  keçirilmiş erkən seçkilərdən, demək olar ki, dərhal sonra Rusiyadan bu ölkəyə strateji araşdırmalar aparılması üçün xüsusi mütəxəssislər  göndərilib.
 
Moderator.az xəbər verir ki, bu haqda rus-erməni media-meykeri  Aram Qabrielyanov bu baröz Telegram-kanalında yazıb ․
 
“Moskva Dövlət Universitetində  əla müəllimlərim var idi, onlar deyirdilər ki,  nəyin niyə baş verdiyini  anlamaq üçün kimin, nəyin, harada və nə vaxt olduğunu bilməlisən. Rusiyadan gələn böyük bir qrup mütəxəssis Ermənistanda düz üç həftə çalışıb. Artıq deyə bilərəm ki, işi mən maliyyələşdirdim, mütəxəssisləri şəxsən cəlb etdim. Peşəkarlıqdan başqa digər çox sərt şərtlər də vardı. "Xüsusi" lərin heç birinin ermənilərlə və ya Ermənistanla heç bir əlaqəsi olmamalıydı. Ayıq bir qiymətləndirmə lazım idi, mövzu məlumatları lazım idi, müstəsna məlumat əldə etmək üçün xüsusi əlaqələri olan insanlar gərək idi. Qruplar sosioloqlar, etnoqraflar və sadəcə turist adları altında çalışırdılar” – bunları söyləyən Qabrielyanov Rusiya mütəxəssislərinin Ermənistanda konkret hansı mövzuda və hansı məqsədlə araşdırma apardıqlarını açıqlamır.
 
“Minlərlə müxtəlif insanlarla görüşlər oldu, taksi sürücülərindən kəşfiyyat məmurlarına qədər, yüksək vəzifəli məmurlar, oliqarxlara yaxın insanlardan çox sayda məlumat toplandı. Ermənistan vətəndaşlarından, müxtəlif sosial qruplara mənsub Rusiya ermənilərindən minlərlə eksklüziv reportaj hazırlandı. Nəticələr hələ də işlənir. Ancaq mənə bildiriləcək ilk nəticələr böyük bir reaksiyaya səbəb olacaq... 
Bir sözlə, böyük bir rus adamının  dediyi kimi "Aram, hər şey göründüyü kimi deyil". İş davam edir. Çox sayda məlumat işlənir. Bu, tez bir zamanda edilməsi mümkün olan bir şey deyil və asan bir iş deyil. Ancaq mütəxəssislər öz işini bilir "- deyə erməni media istehsalçısı bildirib.
 
Xatırladaq ki, 44 günlük savaşda qatı anti-Azərbaycan və anti-Türkiyə mövqeyi tutan Aram Qabrielyanov döyüşlər boyu yalan və saxta informasiya və görüntülər yayan “WarGonzo” layihəsinin rəhbəri Semyon Peqovu da maliyyələşdirir. Qabrielyanov eyni zamanda “İzvestiya” qəzeti redaksiyasının direktorlar şurasının sədridir...
 
Sultan Laçın

Tarix: 14-07-2021, 10:38
Xəbəri paylaş



Xəbər lenti