Taliban Əfqanistanın ikinci ən büyük şəhərini də ələ keçirdi


 
 
Taliban Əfqanıstanın ikinci böyük şəhəri Qəndəhara girib.
 
Ovqat.com-un xarici mediaya istinadən verdiyi məlumata görə, Qəndəhar ciddi müqavimət göstərmədən təslim olub.
 
Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Əfqanıstanı tərk edər-etməz Taliban ölkənin əksər əyalətlərində hücum əməliyyatlarına başlayıblar. Cəmi 2 həftə ərzində çox sayda rayon mərkəzi onların nəzarətinə keçib. Yaraqlılar indiyədək əsas nəqliyyat yollarını kəsməyi bacarıblar. Əfqanıstan hökumət qüvvələri personal və texnika baxımından əhəmiyyətli itkilər veriblər. Hazırda onlar bir çox hallarda müqavimət göstərmədən ya qaçır, ya da təslim olurlar.



Tarix: 9-07-2021, 15:47
Xəbəri paylaş



Xəbər lenti