Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırıb. Ovqat.com-un məlumatına görə, Belarus lideri dünən Müstəqillik Gününə həsr olunmuş təntənəli yığıncaqda bu iddia ilə çıxış edib.
O, bu qərarın Ukraynadan Belarusa silah keçirilərək “özünü müdafiə bölmələri” adı altında “
yatmış terror yuvaları” qurulması səbəbindən verildiyini bildirib:
"Ukraynadan Belarusiyaya çox sayda silah gəlir. Buna görə sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırdım. Bu gün Belarusda “yatmış terror yuvaları”, yəni özünümüdafiə batalyonlar qurulur. Həmin yuvaların məqsədi X günündə hakimiyyətin zorla dəyişdirilməsidir”.
Onun sözlərinə görə,
Almaniya, Ukrayna, ABŞ, Polşa və Litva kimi ölkələr də bu layihədə iştirak edirlər.
Çıxışı bu linkdən dinləyə bilərsiniz
Lukaşenko dünən sözügedən toplantıdan əvvəl ölkənin İstiqlal Sarayında keçirilən
dövlət mükafatlarının təqdimetmə mərasimində genişmiqyaslı antiterror əməliyyatının başa çatdığını söyləmiş və terrorçuların arxasında Almaniyanın dayandığına eyham vuraraq yaxın saatlarda "
alman kanslerinin özünə və digərlərinə qarşı ciddi iddialarla çıxış edəcəyinə” söz vermişdi. Əsasən Ukraynanın başında çatlayan həmin şok açıqlama bu vəddən sonra keçirilən təntənəli toplantıda dilə gətirilmişdi.
Lukaşenko toplantıda “ifşa olunan terror ssenarisindən” kiçik bir epizod barədə də məlumat vermişdi. Onun sözlərinə görə, terrorçular STV telekanalının işçisi
Qriqori Azarenkanı
öldürməyə cəhd göstərmiş, amma plan həyata keçirilməmişdən əvvəl Belarus xüsusi xidmət orqanları tərəfindən qarşısı alınmışdı: “
Bu hadisə dünən gecə baş verdi - 1 iyulda. Məqsəd hədəfi hərəkətsiz hala gətirərək ələ keçirmək, sonra onu maşın baqajına atıb meşəyə aparaq dilini kəsməkdi". Lukaşenkoya inansaq, vaxtında qarşısı alınan bu cinayət ssenarisi mövcud hökumətin tərəfdarlarına xəbərdarlıq məqsədi ilə planlaşdırılmış,
cinayət aləti olan tapança və digər vasitələr (teplovizorlar və s.) Ukraynadan gətirilmişdi.
"Həmin silahlar Qomel vilayətində bir saxlancıqda gizlədilmiş, Rusiya Federasiyasının Atlantika Hərbi Dəniz Donanması ilə əlaqə stansiyasını pozmağa çalışarkən istifadə olunmuşdu. Terrorçuların hamısı ələ keçirildi və onların gizləndiyi saxlancıqlar tapıldı”. Lukaşenko terrorçulardan birinin familiyasını da zikr edərək iddialarının inandırıcılığını artırmağı da yaddan çıxarmamışdı:
“Terrorçunun familiyasını soruşmaq istəyirsiniz? Buyurun: bu, Sosnovskidir. Həbs olunub və hazırda ifadə verir".
Tarix: 3-07-2021, 07:46