"NATO Qara dənizdən getməyəcək!" - Alyans nümayəndəsi




NATO Qara dənizdə nümayəndəliyini saxlayacaq - Rusiyanın mövqeyinə baxmayaraq.
Bu barədə Gürcüstanın «Birinici kanal»ına alyans Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bəyan edib.
Onun sözlərinə görə, Böyük Britaniya NATO-ya esmineslə bağlı informasiya təqdim edib və baş verənlər barədə alyansda «dolğun informasiya» var.
«Söhbət sərbəst gəmiçilikdən gedən zaman NATO öncül mövqedə dayanır və o barədə ki, Krım Ukraynadır, Rusiya deyil. Bu insident zamanı NATO üzrə müttəfiqlər prinsiplərin müdafiəsində özlərinin qətiyyətini nümayiş etdirdilər - mən, onları sadaladım. Rusiya başa düşməlidir ki, NATO üzrə müttəfiqlər bu məsələdə geri çəkilməyəcəklər» - nümayəndə bəyan edib.
Onun sözlərinə görə, NATO öz nümayəndəliyini Qara dənizdə saxlayacaq - müttəfiqləri və həmkarları dəstəkləmək üçün.
«Biz, Gürcüstan və Ukrayna ilə siyasi məsləhətləşmələr və informasiya mübadiləsi planında daha sıx əməkdaşlıq edirik» - Appaturay əlavə edib.
AzPolitika.info
Tarix: 3-07-2021, 07:12
Xəbəri paylaş



Xəbər lenti